200 milyon dollarlıq rekord maaş alacaq

11.07.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən çox qazanan mühəndisi Metaya keçdi


Pang, Kaliforniyada yerləşən gizli “süper zəka” laboratoriyasında işləyəcək



Meta, süni zəka sahəsində Apple-dan tanınmış mühəndis Ruoming Pangı 200 milyon dollarlıq maaş paketi ilə transfer edib.

Sherg.az xəbər verir ki, Pang, Kaliforniyada yerləşən gizli “süper zəka” laboratoriyasında işləyəcək. Bu vəzifədən bir neçə ilə yayılmış şəkildə 200 milyon dollardan çox gəlir əldə edəcək.

O, daha əvvəl 15 il Google-da, son olaraq isə Apple-da çalışıb. Meta, süni zəka yarışında öndə olmaq üçün yüksək maaşlarla elit mütəxəssisləri cəlb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью