200 min manatımı dələduzlara vermişəm Pərvin

14.04.2025

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl üzləşdiyi dələduzluqdan danışıb.

Axşam.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "Günə bax" verilişində deyib. Aktrisa itirdiyi məbləğin 200 min manata yaxın olduğunu açıqlayıb.

"Biri var, dələduz sənin üzərində işləyir, o pulu səndən çıxarır. Bir də var, sən özün elə buna meyillisən. Mən pulu dələduzlara verməyə meyilliyəm. Həddindən artıq çox itirmişəm. Bəlkə də 200 min manat olar. Belə olmağıma baxmayın, saf insanam" deyə, Pərvin vurğulayıb. 

Qeyd edək ki, Əməkdar artistlər Sənubər İsgəndərli, Fərqanə Qasımova, müğənni Kamilə Nəbiyeva, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyevaİlkin HəsəniTarix Əliyev (Tolik) də kiberdələduzluqların qurbanı olduqlarını açıqlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью