200 min toyuq məhv ediləcək Quş qripi aşkarlandı

12.11.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Yaponiyanın Kioto prefekturasında quş qripi yayılıb. Virusun qarşısını almaq məqsədilə 200 min toyuğun məhv ediləcəyi açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kameoka şəhərində yerləşən fermada çoxsaylı toyuqların şübhəli şəkildə ölməsindən sonra aparılan testlər nəticəsində yüksək yoluxuculuq xüsusiyyətinə malik H5 tipli quş qripi aşkarlanıb.

Yaponiyada bu il qeydə alınan ilk quş qripi hadisəsidir.

Hadisə ilə əlaqədar yoluxma aşkarlanan ferma karantinə alınıb. Təsərrüfatın 10 kilometr radiusunda yerləşən əraziyə hərəkət məhdudiyyəti tətbiq edilib. Bundan başqa, fermadan 3 kilometr radiusda yerləşən təsərrüfatlardan toyuq və yumurta tədarükü müvəqqəti dayandırılıb.

Test nəticələrinin müsbət çıxmasından sonra toyuqların məhv edilməsinə və yoluxma riski daşıyan materialların zərərsizləşdirilməsinə başlanılıb. Bütün profilaktik tədbirlərin tamamlanmasının təxminən bir həftə çəkəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью