200 qram südü 10 manat və ya Türkiyədən 2664 manata alınan uzunqulaqlar KTN biz almamışıq …
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib. Bu barədə “Yeniavaz” məlumat yayıb.
Bildirilib ki, idxal olunan 6 baş ulaq üçün ümumilikdə 9,4 min dollar (16 min manat) ödənilib.
Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub.
Buna qədər isə Azərbaycan xaricdən ulaq idxal etməyib. Maraqlıdır, bu ulaqların Azərbaycanda sifarişi kim tərəfindən edilib?
Mia.az-ın məlumatına görə, “Yeni Müsavat” bu suala aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən bildirilib ki, yayılan məlumatın onlara aidiyyəti yoxdur və sifariş bu qurum tərəfindən edilməyib.
Belə olan halda, idxalın fiziki şəxsin sifarişi ilə olunduğu güman edilir.
Tam oxu
Xəbəri oxu