200 ü keçdilər

19.01.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub.

Futbolpress.az xəbər verir ki yubiley Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib. “Sumqayıt”la səfər görüşündə (2:0) hesabı açan Rüfət Abdullazadə komandasının 200-cü qolunun müəllifi olub. Bu rəqəmi 201-ə də çatdıran “Səbail” Premyer Liqadakı 223-cü matçında buna nail olub. Paytaxt təmsilçisi evdə 102, səfərdə 99 qola sevinib. “Səbail” ölkə çempionatları tarixində 200 və daha çox top vuran 23-cü komandadır.

Qeyd edək ki, “Səbail” ilk qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью