2000 il əvvəlki yol mühəndisləri heyran etdi GÖLMƏÇƏ YARANMIR FOTOLAR

14.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Almaniyanın Ştutqar şəhəri yaxınlığında yol inşaatı işçiləri maraqlı faktla qarşılaşıblar. 

Avtosfer.az xəbər verir ki, yeni yol yatağı hazırlanarkən 2000 il əvvəl Roma dövründə çəkilmiş yol üzə çıxıb. Daş döşənmiş yolun 90 metrlik hissəsi çox yaxşı vəziyyətdə qalıb. Abidələrin qorunmasına məsul olan qurumlar yolun bu hissəsini təmizləyərək konservasiya ediblər. 

Qədim sənədləri araşdırarkən məlum olub ki, bura strateji hərbi əhəmiyyətli yolun bir hissəsidir. Yol imperator Vespasian (69-79-cu illər)  dövründə tikilib və o dövrün mühəndislərinin bacarığı müasir tədqiqatçıları da heyrətləndirir. Maillilik elə qurulub ki, ən şiddətli leysanda belə, yolda gölməçə yaranması istisna edilir. Daşların müəyyən hissəsinin çökməsi burada yüz illərlə arabaların hərəkətinin əlamətidir.

Professor Rene Vollenveber bildirir ki, almaniyalı yolçəkənlər faktiki olaraq 2000 il əvvəlki mühəndislərin istifadə etdikləri marşrutu təkrarlayırlar. Alba yaylası burada yeganə təbii dəhlizdir.

Bəşəriyyət yaranandan insanlar yol çəkilişi zamanı mümkün qədər asan relyefləri seçiblər.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью