2007ci ildə Rambuedə baş verənlər Köçəryan niyə ayaqyoluna qaçmışdı? | Icma.az
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları bəlli səviyyəyə qədər inkişaf edib.
Sadəcə, erməni tərəfi həmişə olduğu kimi, yenə də tərəddür edir. Nəyəsə ümid edib, prosesi uzadırlar.
Keçmiş münaqişə dövründə də onlar proseslər yekun həddə yaxınlaşan kimi müxtəlif bəhanələr uydururdular, ya da qaçırdılar.
Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Vaxtilə Azərbaycan münaqişənin həlli ilə bağlı ən konseptual təkliflərlə çıxış edirdi.
Hətta ən yüksək səviyyədə muxtariyyət məsələsi gündəmdə idi. Sadəcə, onlar “müstəqillik” eşqinə düşmüşdülər”, - deyə sabiq nazir söyləyib.
O əlavə edib ki, hətta ATƏT-in Minsk Qrupu da Qarabağda hansısa “seçkilərin” keçirilməsinə normal yanaşmırdı: “Deyirdilər ki, Qarabağ ətrafında 7 rayonu geri qaytararaq, “seçki və status” məsələsinə sonra qayıdarıq.
Tam oxu
Xəbəri oxu