Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda iki yüzdən çox ünvanda yeddi mindən çox mənzilin vəziyyəti təhlil olunur.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Anar Quliyev deyib.
"İki yüzdən çox ünvanda 7 mindən çox mənzilin vəziyyəti təhlil olunur. Son dövrdə təxminən onların yarısı demək olar təhlil olunub.
Bir neçəsi ilə bağlı işlər təşkil olunub. İşlər dedikdə burda həm özəl sahibkarların, tikinti şirkətlərinin investor qismində cəlb olunması,
Hazırda təxminən min mənzillə bağlı iş aparılır. Özəl qiymətləndiricilər dəvət olunub.
Tezliklə ardıcıl olaraq bu məsələlər həll olunacaq", - sədr bildirib.
Quliyev həmçinin vurğulayıb ki, bu prosesdə indiyə kimi 600 ailənin problemi həll olunub.