“2017 kimi olacaq” demişdi... Video

06.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli idman jurnalistləri biri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda səfərdə “Qarabağ” - “Çelsi” qarşılaşmasının nəticəsi ilə bağlı azarkeşlərdən təxminləri soruşub.

 “Qafqazinfo” xəbər verir ki, rəqib komandanın azarkeşi suala 2017-ci ildəki nəticənin bənzəri olacaq deyə cavab verib.

Dünən baş tutan matçın yekun nəticəsi ilə “Çelsi” azarkeşinin üst-üstə düşməyən cavabı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 2017–2018 UEFA Çempionlar Liqası mövsümündə “Qarabağ” və “Çelsi” iki dəfə üz-üzə gəlib. Londonda baş tutan ilk oyundan “Qarabağ” 6:0, Bakıda isə 0:4 hesabı ilə məğlub ayrılmışdı.

Dünənki matçda isə Azərbaycan təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью