“2021 ci ildən Ermənistanın müxalifəti Putindir...“

21.04.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın "Respublika Uğrunda" partiyasının sədri Arman Babacanyan hesab edir ki, 2021-ci ildən etibarən Ermənistanda müxalifət Rusiya diktatoru Vladimir Putin olub. Onun sözlərinə görə, hazırdada  heç nə dəyişməyib.

Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.

Babacanyanın sözlərinə görə, insanlara atəş açan cinayətkarların seçkilərdə iştirakı və istənilən vəzifəni tutması qadağan edilməlidir.

"2008-ci il martın 1-də "Ermənistan Respublika" partiyası, "Çiçəklənən Ermənistan" partiyası və "Daşnaksütyun" İrəvanın mərkəzində demokratiyanı 10 silahsız və dinc etirazçı qismində güllələdilər", - deyə o bildirib.

Siyasətçi əmindir ki, Putinin Ermənistan üzrə kuratoru Sergey Kiriyenkonun adamları prosesə pulla giriblər və Ermənistanı qaçılmaz müharibələr və fəlakətlər astanasına salmağı hədəfləyirlər.

Babacanyan vurğulayıb ki, "Samvel Karapetyan və Qagik Sarukyan Robert Köçəryanın adamlarıdir. Onalr hamısı eyni mənbədən qidalanır. Onlar seçki rüşvətləri və siyasi qətllər dövrünü geri qaytarmaq istəyirlər..."

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью