20212023cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib

26.11.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

O bildirib ki, bu illər ərzində inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə mövqeyin qorunması ilə bağlı 82, vergi yükünün optimallaşdırılması və sosial xarakterli dəyişiklərlə əlaqədar 76, vergi tutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə ilə əlaqədar isə 48 dəyişiklik edilib.

Qeyd edək ki, bu il ümumilikdə Vergi Məcəlləsinin 75 maddəsində dəyişiklik nəzərdə turulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью