2023 cü ilin oktyabrından bəri 48,300 dən çox fələstinli ölüb

20.02.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

2023-cü ilin oktyabrından Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində 48 min 300-dən çox fələstinli həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ilin oktyabr ayından etibarən İsrailin hərəkətləri nəticəsində həlak olanların sayı 48 min 319-a yüksəlib, 111 min 749 nəfər yaralanıb”,- deyə məlumatda qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi, Qəzza zolağındakı həkimlərin son 24 saatda dağıntılar altından 22 cəsədin çıxardığını, 16 yaralının isə xəstəxanalara aparıldığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью