2024 cü ildə 1,4 milyard nəfər xaricə səfər edib BMT

12.02.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib. Bu da 2019-cu ildəki göstəricidən cəmi 1 faiz azdır. 2023-cü illə müqayisədə isə artım 10 faizdən çoxdur. SİA xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilir. Qeyd olunur ki, turist sayı regionlar üzrə qeyri-bərabər paylanıb.

2024-cü ildə turist sayına görə lider ölkə Fransa olub. Bura il ərzində 100 milyon nəfər gəlib.

İkinci yerdə olan İspaniya ötən il 94 milyon nəfəri qəbul edib.

Növbəti yerləri də Avropa ölkələri - Yunanıstan, Xorvatiya, İtaliya və Portuqaliya bölüşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью