2024 cü ildə Azərbaycana 3016 nəfər daimi yaşamağa gəlib

17.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Ötən il müvafiq qurumlar Azərbaycana daimi yaşamaq üçün gələn 3016 nəfəri qeydə alıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3016 nəfər gələn, Azərbaycandan isə 2298 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 718 nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью