2024 cü ildə Azərbaycanın mebel idxalı 24% dən çox artıb

12.02.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana 164 milyon 408 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 32 milyon 273 min dollar və ya 24,4% artıb.

2023-cü ildə ölkəyə 132 milyon 135 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, 2024-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью