Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
2024-cü ildə dünyanın ən çox maaş alan idmançısının adı açıqlanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2024-cü ilin ən çox maaş alan idmançısı seçilib. “Sky Sports” xəbər verir ki, 40 yaşlı futbolçu ötən il təxminən 248 milyon avro qazana bilib.
İkinci yerdə “Golden State Warriors” basketbolçusu Stiven Karri (146 milyon avro), üçüncü yerdə isə boksçu Tayson Fyuri (140 milyon avro) qərarlaşıb. Ronaldunun əbədi rəqibi, "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi büdcəsinə 129 milyon avro əlavə edərək, dördüncü yeri tutdu. İlk beşliyi “Los Angeles Lakers”ın basketbolçusu Lebron Ceyms (127 milyon avro) tamamlayıb.
Bu mövsüm Ronaldu 28 matçda 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
Almaz Həsənli