2024 cü ildə edam olunanların sayı açıqlanıb | Icma.az
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən il dünyada 1500-dən çox insan edam edilib ki, bu da son doqquz ilin ən yüksək göstəricisidir.
AzPost xəbər verir ki, bu barədə Amnesty İnternational hüquq müdafiə təşkilatının ölüm hökmünün tətbiqi ilə bağlı illik hesabatında bildirilir.
Hesabata görə, 2024-cü ildə 1518 edam qeydə alınıb ki, bu da ən azı 1634 nəfərin edam edildiyi 2015-ci ildən bəri ən yüksək göstəricidir.
Edamların əksəriyyəti Yaxın Şərqdə həyata keçirilib. Statistikaya Çin, eləcə də Əfqanıstan, Vyetnam və Şimali Koreyada həyata keçirildiyi gü
Davam edən münaqişələr səbəbindən Fələstin və Suriyadakı vəziyyətlə bağlı məlumat yoxdur.
Hesabatda edamların artmasına ən çox töhfə verən üç ölkənin olduğu müəyyən edilib: İran, İraq və Səudiyyə Ərəbistanı birlikdə 1380 edam icra edib.
İraq əvvəlki illə müqayisədə edamları demək olar ki, dörd dəfə artırıb (16-dan 63-ə), Səudiyyə Ərəbistanı iki dəfə (172-dən 345-ə), İran isə daha 119 nəfəri (853-dən 972-yə) edam edib ki, bu da bütün qeydə alınmış edamların 64%-ni təşkil edir.
Tam oxu
Xəbəri oxu