2024 cü ildə İsveçdə rekord dərəcədə az uşaq doğulub

12.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü ildə İsveçdə rekord dərəcədə az uşaq doğulub.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsveçin Statistika İdarəsi açıqlama yayıb.

"2024-cü ildə bir qadına düşən doğum sayı tarix boyunca ən aşağı səviyyəyə enib - 1.43. Doğulan uşaqların ümumi sayı isə 2003-cü ildən bəri ilk dəfə olaraq 100 min nəfərdən az olub", - məlumatda bildirilir.

İdarənin hesablamalarına görə, yaxın illərdə İsveçdə doğum səviyyəsi aşağı olaraq qalacaq. Əhalinin yaşlanması səbəbindən ölüm hallarında da artım gözlənilir.

Statistika İdarəsi proqnozlaşdırır ki, 2030-cu ilə qədər İsveçin əhalisi cəmi 90 000 nəfər artaraq 10.7 milyon nəfərə çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью