2024 cü ildə ölkədə ölüm hallarının sayı azalıb

17.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ötən il ölkədə 58 909 ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 2519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью