2024 cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?

05.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Bu barədə Oxu.Az-a şuradan məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olan proqramların janr bölgüsü belə olub:

23.4% - informasiya və analitik proqramlar;

16.0% - idman proqramları;

14.1% - reklam məzmunlu materiallar;

13.5% - musiqi və əyləncəli proqramlar;

12.8% - bədii filmlər və seriallar;

8.7% - mədəni-maarif janrında proqramlar;

3.3% - anonslar və elanlar;

3.1% - sənədli film və materiallar;

2.8% - sosial proqramlar;

1.2% - uşaq proqramları və cizgi filmləri;

1.1% - sosial çarxlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью