2024 cü ildə ÜDM in həcmi 4,1% artıb

16.01.2025

Anews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ildə ölkədə 126,3 milyard manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
On iki ayda neft-qaz sektorunun əlavə dəyəri 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb. 
Əhalinin hər nəfərinə düşən ÜDM 12 382,5  manata bərabər olub. 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Gülnar 
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью