Icma.az bildirir, Anews saytına əsaslanaraq.
2024-cü ildə ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər həbs olunub, 216 kriminal qrup zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.
Bildirilib ki, xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib.
Həmçinin bildirilib ki, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
Aytac
www.anews.az