2024 Gamesummit Winter Beynəlxalq Oyun Festivalı çərçivəsində kiberidman çempionatları keçiriləcək

22.11.2024

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Gamesummit komandası GMT kiberidman təşkilatı ilə birlikdə qarşıdan gələn 2024 Gamesummit Winter Beynəlxalq Oyun Festivalı üçün bir neçə kiberidman çempionatı elan edir. Oyunlar qlobal və yerli oyunçular arasında populyarlığına görə seçilib.

Bizimyol.info xəbər portalı çempionatlar aşağıdakı oyunlar üzrə keçiriləcək:

FortniteEA FC25PUBG MobileMortal Kombat 1Tekken 8

Həmçinin festival ziyarətçiləri matçların şousunu izləyəcək - Counter Strike 2 və Valorant-da qələbə uğrunda ölkənin aparıcı universitetlərini təmsil edən komandalar əsas səhnədə mübarizə aparacaqlar.

Oyunçular üçün xüsusi formalar vasitəsilə və ya birbaşa tədbirdə qeydiyyatdan keçmək mümkün olacaq.

Gamesummit Winter 2024 artıq Azərbaycanda keçirilən dördüncü tədbirdir və hər dəfə region üçün əhəmiyyət kəsb edir. Festival video oyun və müasir əyləncə həvəskarlarının ünsiyyəti və birləşməsi üçün bir platforma yaradır və oyun yaradıcıları öz istedadlarını nümayiş etdirə, peşəkarlar və oyunçularla əlaqə qura bilərlər.

Festival dekabrın 8-də Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, Bizimyol.info portalı Gamesummit Winter 2024 tədbirinin rəsmi media tərəfdaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью