Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Konsaltinq şirkəti olan “Deloitte Football Money League”, 2024/2025 mövsümü üçün futbol klublarının gəlirlərinə görə reytinqini dərc edib.
İdman.Biz bildirir ki, reytinqə “Real Madrid” liderlik edir.
Klubun ümumi gəliri 1,16 milyard avro təşkil edib. Əvvəlki hesabatda Madrid komandası 1,05 milyard avro ilə birinci yerdə idi.
Ən yaxşı 10 futbol klubunun gəlir reytinqi:
“Real Madrid” — 1,16 milyard avro;
“Barselona” — 974,5 milyon avro;
“Bavariya” — 860,6 milyon avro;
“Pari Sen-Jermen” — 837 milyon avro;
“Liverpul” — 836,1 milyon avro;
“Mançester Siti” — 829,3 milyon avro;
“Arsenal” — 821,7 milyon avro;
“Mançester Yunayted” — 793,1 milyon avro;
“Tottenhem” — 672,6 milyon avro;
“Çelsi” — 584,1 milyon avro.
“Real Madrid” ardıcıl üçüncü ildir ki, qlobal futbol klublarının gəlir reytinqində birinci yerdədir. Reytinqə daxil olan 20 klubun ümumi gəliri 2024/25 mövsümü üçün rekord həddə - 12,4 milyard avroya çatıb ki, bu da ötən mövsümlə müqayisədə 11% artım deməkdir.