Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nəsib Məhəməliyev: "2025-ci ildən əsas gözləntim, Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır"Artıq 2024-cü il başa çatmaq üzrədir.
Yola salmaqda olduğumuz il belə demək mümkünsə bütün parametrlər üzrə ölkəmiz üçün uğurlu oldu.
Bəs görəsən 2024-cü il daha çox nə ilə yadda qaldı? Eləcə də 2025-ci ildən gözləntilər nədir?
Bu və digər suallarla Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik.-Nəsib müəllim, 2024-cü il başa çatmaq üzrədir.
Bu il Azərbaycan üçün nə dərəcədə uğurlu və ya uğursuz il oldu?-Başa çatmaqda olan 2024-cü il Azərbaycan üçün kifayət qədər uğurlu il oldu, deyə bilərik.
İqtisadi cəhətdən ÜDM artım tendensiyası, makroiqtisadi sabitlik hökm sürür.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri davam edir. Keçmiş məcburi köçkünlər yurdlarına qayıdır.