Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 dekabr, AZƏRTAC 2024-cü il “Digital Bridge” milli məlumat mübadilə sistemində 1 milyarddan çox tranzaksiya həyata keçirilib.AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov dekabrın 13-də qurumun ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı deyib.“Hazırda “Digital Bridge” sisteminə 150-dən çox informasiya sistemi inteqrasiya olunub.
Bu sistem üzərindən gündəlik 1,5 milyon məlumat tranzaksiyası həyata keçirilir.
İndiyə qədər “Digital Bridge”ə 70-dən çox dövlət qurumu qoşulub.
Həmçinin “Digital Login”ə 160-dan çox informasiya sistemi inteqrasiya edilib.
Bu sistem vasitəsilə 55 milyondan çox təhlükəsiz və uğurlu tranzaksiya həyata keçirilib.Sistem üzərindən aylıq tranzaksiya sayı 7 milyondan çoxdur, istifadəçi sayı isə 4 min nəfərə çatıb”, - deyə R.Xalıqov əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.