2024cü il ən isti il hesab olunacaq

07.11.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ilin tarixdə ən isti il olacağı bəlli olub.

Bakıvaxtı.az “Kopernik” peyk izləmə sisteminə istinadla xəbər verir ki, 2024-cü ilin 10 ayı üçün orta qlobal temperatur anomaliyasının 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yüksək olduğu qeyd edilib.

Bu dövr üçün qeydə alınmış ən yüksək dəyərə uyğun gələn temperatur artıq 2024-cü ilin tarixin ən isti ili olacağını təsdiqləyib. 

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью