2024cü il onlar üçün fəlakətli oldu, 2025ci il isə... FOTOLAR | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. 2024-cü ildə Yaxın Şərqin bir çox ölkəsində münaqişə yaşanıb.
Modern.az il ərzində bölgədə yaşanan hadisələrin qısa xronologiyasını hazırlayıb.
Bölgədə uzun müddətdir davam edən gərginlik 2023-cü ilin oktyabrında Qəzzada başlayan müharibə ilə daha da kəskinləşib.
HƏMAS yaraqlı qruplaşmasının rəhbərlik etdiyi silahlı şəxslərin İsrailə hücum edərək 1200-ə yaxın adamı ölürməsi və 250-dən çox insanı girov götürməsi vəziyyətin şiddətlənməsinə gətirib çıxardı.
İsrail cavab olaraq Qəzzaya havada və qurudan ağır zərbələr endirib.
HƏMAS-ın idarə etdiyi anklavın səhiyyə orqanlarının 2024-cü ilin dekabr ayının əvvəlində verdiyi məlumata görə, İsrail qüvvələrinin zərbələri nəticəsində Qəzzada 44,000-dən çox fələstinli həlak olub.
Qəzzanın böyük hissəsi münaqişə nəticəsində xarabalığa çevrilib, binalarının üçdə ikisi zədələnib və ya dağılıb.
Zolağın 2,3 milyon əhalisinin əksəriyyəti evsiz qalıb, onlar qaçqın düşərgələrində sığınacaq tapıb.
Tam oxu
Xəbəri oxu