2024cü il üçün Ferents Puşkaş mükafatına layiq görülən qol açıqlanıb

17.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Alexandro Qarnaçonun qolu 2024-cü il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, argentinalı hücumçu “The Best FIFA Football Awards” tədbirində mükafatlandırılıb.

O, ötən il Premyer Liqada "Everton"la matçda vurduğu qola görə təltif edilib.

Qeyd edək ki, namizədlər arasında "Qarabağ"ın futbolçusu Yassin Benziyanın Əlcəzair millisinin heyətində vurduğu qol da yer alıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью