2024cü ildə Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb

30.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bu il ərzində maksimal temperatur avqustun 5-i 39 dərəcə Bakıda və Abşeron yarımadasında, bölgələr üzrə isə Hacıqabulda iyulun 5-i 43.5 dərəcə qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

N.Mahmudov deyib ki, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.

Xidmət rəisi əlavə edib ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью