2024cü ildə dünyada ən çox dinlənilən müğənni 26,6 milyard... | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Spotify striminq" xidməti 2024-cü il üçün dünyada ən çox dinlənilən müğənniləri müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, Teylor Svift 26,6 milyarddan çox dinlənmə sayı ilə birinci olub.
Amerikalı sənətçi musiqi sənayesində rekordları alt-üst etməyə davam edir.
34 yaşlı müğənni artıq bir neçə ildir ki, liderlik mövqeyini qoruyub saxlayır.
Yeri gəlmişkən, Teylor Sviftin "The Tortured Poets Department" adlı albomu da 2024-cü ildə ən çox dinlənilən albom adını aldı.
2024-cü ilin ən çox dinlənilən albomlarının tam siyahısı: Teylor Svift - "The Tortured Poets Department" Billi Ayliş - "Hit Me Hard and Soft" Sabrina Karpenter - "Short n' Sweet" Karol G - "Manana Sera Bonito" Ariana Qrand - "Eternal Sunshine" Bu uğurlar "Spotify" istifadəçilərinin musiqi seçimlərində pop janrının hələ də üstünlük təşkil etdiyini bir daha göstərir.
Aydın Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu