Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyada karbon emissiyaları bu il yeni rekord həddə çatacaq və növbəti 6 il ərzində davamlı artacaq.
Sfera.az xəbər verir ki, Ekseter Universiteti, Şərqi İngiltərə Universiteti (UEA), CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzi, Münhen Lüdviq-Maksimilian Universiteti, Alfred-Vegener Universitetindən tədqiqatçıların daxil olduğu Qlobal Karbon Layihəsi elmi qrupunun yeni araşdırmasına görə, karbon emissiyası 2023-cü ilə nisbətən 0,8 faiz artaraq 37,4 milyard tona çatacaq.
Bu artımla cari ildə qlobal karbon emissiyalarında yeni rekord səviyyə qeydə alınacaq.
Proqnozlaşdırılır ki, 2024-cü ildə kömür və neftdən istifadə ilə əlaqədar karbon emissiyaları müvafiq olaraq 0,2 faiz və 0,9 faiz artacaq.
Təbii qazın yaratdığı karbon emissiyalarında isə artım 2,4 faiz olacaq.
Meşələrin qırılması nəticəsində torpaqlardan istifadənin dəyişməsi də karbon emissiyasını artıracaq.
Araşdırmalar göstərir ki, meşələrin qırılmasına görə əlavə olaraq 4,2 milyard ton karbon emissiyası baş verəcək.