2024cü ildə meymunçiçəyi neçə can aldı?

24.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin yanvar-noyabr ayları arasında dünya üzrə 117 663 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub və onlardan 263-ü dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının aylıq hesabatında bildirilib.

Məlumata görə, yoluxma hallarının əksəriyyəti - 71,2%-i Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikası (KDR), Burundi və Uqandada qeydə alınıb.

Avstraliyadan da çoxlu sayda xəstəliyə dair təsdiqlənmiş xəbərlər gəlməyə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью