Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı mütəmadi olaraq gələn il dünyada nələrin baş verəcəyinə dair proqnozlar verir və bunu üz qabığına çıxarır.
Publika.az xəbər verir ki, 2024-cü il dünya üzrə seçkilərlə dolu il olub. Seçki qutusu “Economist”in üz qabığının ortasında əks olunub.
2024-cü ildə təxminən 4,2 milyard insanın yaşadığı 70-dən çox ölkədə seçkilər keçirilib.
Üz qabığında diqqəti çəkən ilk görüntü Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin olub.
Rusiya-Ukrayna müharibəsindən bəhs edən bu epizodda ikisi arasında qum saatı var.
Bu, müharibənin bitib-bitməyəcəyi sualını doğursa da, xüsusilə son iki gündə Rusiya-Ukrayna xəttində gərginliyin yenidən artdığını söyləmək olar.
ABŞ administrasiyası bu yaxınlarda Ukraynaya Rusiyanın məhdud bölgələrində Amerika silahlarından istifadə etmək imkanı verib.