2024cü ildə yaşıl meydanlarda adından söz etdirən gənclər

28.11.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

 CİES 2024-cü ildə dünyanın ən güclü 38 liqasında çıxış edən 100 ən yaxşı gənc oyunçunu müəyyənləşdirib. Sport24.az xəbər verir ki, siyahıya "Barselona"nın futbolçusu Pau Kubarsi başçılıq edir. Onun reytinqi 91,5-ə bərabərdi. "Mançester Yunayted"in formasını geyinən Kobbi Maynu 83,3 xalla ikinci, Argentina "lanus"unun şərəfini qoruyan Xulio Soler 77,0 xalla üçüncüdür.

Türkiyəli Semih Kılıcsoy da ön sıralarda yer alıb. "Beşiktaş"ın futbolçusu cədvəldə 5-cidir – 73,0.

Qeyd edək ki, "Barselona"nın digər gənc ulduzu Lamin Yamalın reytinqi (93,8) daha yüksək olsa da, o, hələ ötən il əsas komandanın oyunçusuna çevrildiyi üçün siyahıdan kənar qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью