2024cü ilin ən böyük ulduz yağışını nə vaxt görə biləcəksiniz?

12.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Tezliklə ulduz yağışı öz zirvəsinə çatacaq, onu qaçırmayın!

Bu ay 2024-cü ilin ən böyük ulduz yağışlarından birinə heyran ola bilərsiniz. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Leonid meteor yağışı noyabrın 3-dən dekabrın 2-dək Yer səmasında keçəcək və noyabrın 18-də pik həddinə çatacaq.

Meteoritləri gecədən səhərə qədər görmək olar. Mümkünsə, şəhərdən kənara və ya kəndlərə, mümkün qədər şəhər işıqlarından uzaqlaşın. Leonidlər çılpaq gözlə görünür - sizə durbin və ya teleskop lazım olmayacaq.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью