Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikanın məşhur “Variety” nəşri 2024-cü il üçün musiqi antireytinqi dərc edib.
Jurnalın redaktorları bu ilin ən pisi olan 15 əsəri seçiblər.
Lent.az-ın xəbərinə görə, ən pislər siyahısına məşhur ifaçıların, xüsusən Jon Bon Covi, Keti Perri, Niki Minaj və başqalarının trekləri daxil edilib.
“Variety”in məlumatına görə, amerikalı müğənni Keti Perri reytinqə başçılıq edib.
Onun "Woman's World" ("Qadın dünyası") treki bu ilin ən pisi seçilib. Mahnı məşhurun yeddinci studiya albomu olan “143”ə daxil edilib.
Premyeradan sonra trek onlayn tənqid olunub. Nifrətə səbəb ulduzun prodüser Dr. Luke ilə əməkdaşlığı olub.
Bildiyiniz kimi, o, cinsi təcavüzdə ittiham olunub. Keti Perri qadınlara həsr olunmuş feminist trek yaratmağa çalışıb.