2024cü ilin ən yaxşı hücumçusu adına namizədlər bunlardır

14.11.2024

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adlarını açıqlayıb.
Missiya.Az 
xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.  
Siyahıya Artyom Dovbik ("Roma", İtaliya), Fil Foden, Erlinq Holann (hər ikisi "Mançester Siti", İngiltərə), Harri Keyn ("Bavariya", Almaniya), Lautaro Martines ("İnter", İtaliya), Kilian Mbappe, Vinisius Junior (hər ikisi "Real", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Niko Uilyams ("Atletik", İspaniya) və Lamin Yamalın ("Barselona", İspaniya) adı daxil edilib.
"Globe Soccer Awards"ın rəsmi saytında finalçıların müəyyən ediləcəyi açıq səsvermə başlayıb.
Mükafatlandırma mərasimi isə dekabrın 27-də Dubayda keçiriləcək.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью