2024cü ilin ən yaxşı klubu adına namizədlər bilindi

14.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Globe Soccer" ilin ən yaxşı klubu mükafatına namizədlər açıqlanıb.

QOL.az xəbər verir ki, siyahıda 12 klub yer alıb.

Namizədlər bu klublardır: "Əl Əhli" (Səudiyyə Ərəbistanı), "Əl-Ayn" (Birləşmiş Ərəb Əmirlikləri), "Atalanta", "İnter" (ikisi də İtaliya), "Atletiko Mineyro", "Botafaqo" (ikisi də Braziliya), "Bayer" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), PSJ (Fransa), "Real" (İspaniya), "Sportinq" (Portuqaliya).

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью