2024cü ilin gənclərdən ibarət rəmzi yığması açıqlanıb

29.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

2024-cü ilin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, 20 yaşadək futbolçuların "11-liy"ini İFFHS tərtib edib.

Komanda 3-4-3 sxemi ilə qurulub. Fransanın üç, İngiltərə və İspaniyanın hərəsinin iki oyunçusu rəmzi komandaya daxil edilib. Türkiyəli Arda Güler də "11-lik"də yer alıb.

Qapıçı: Giyom Restes (Fransa);

Müdafiəçilər: Riko Lyuis (İngiltərə), Pau Kubarsi (İspaniya), Leni Yoro (Fransa);

Yarımmüdafiəçilər: Arda Güler (Türkiyə), Kobbi Maynu (İngiltərə), Uorren Zair-Emeri (Fransa), Joao Neveş (Portuqaliya);

Hücumçular: Lamin Yamal (İspaniya), Savinyo (Braziliya), Alexandro Qarnaço (Argentina).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью