2024cü ilin rəmzi komandası açıqlanıb

18.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

FİFA "The Best" mükafatının təqdimat mərasimində 2024-cü ilin rəmzi komandasını açıqlayıb. Sport24.az xəbər verir ki, "11-liy"ə "Real"dan beş, "Mançester Siti"dən üç, "Barselona", "Arsenal" və "Aston Villa"dan isə hərəyə bir futbolçu daxil edilib.

Seçim zamanı oyunçuların 21 avqust 2023-cü ildən 2024-cü il avqustun 10-dək olan performansı nəzərə alınıb.

Qapıçı: Emiliano Martinez ("Aston Villa").

Müdafiəçilər: Dani Karvahal, Antonio Rüdiger (ikisi də "Real"), Ruben Diaş ("Mançester Siti"), Vilyam Saliba ("Arsenal")

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti"), Toni Kroos (Bu ilin yayınadək "Real"da oynayıb, daha sonra karyerasını başa vurub), Cud Bellinqem ("Real")

Hücumçular: Lamin Yamal ("Barselona"), Erlinq Haaland ("Mançester Siti"), Vinisius Junior ("Real")

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью