2024cü ilinən yaxşı hücumçusuadına namizədlərin adları açıqlandı

14.11.2024

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adlarını açıqlayıb.

Sfera.az xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

Siyahıya Artyom Dovbik ("Roma", İtaliya), Fil Foden, Erlinq Holann (hər ikisi "Mançester Siti", İngiltərə), Harri Keyn ("Bavariya", Almaniya), Lautaro Martines ("İnter", İtaliya), Kilian Mbappe, Vinisius Junior (hər ikisi "Real", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Niko Uilyams ("Atletik", İspaniya) və Lamin Yamalın ("Barselona", İspaniya) adı daxil edilib.

"Globe Soccer Awards"ın rəsmi saytında finalçıların müəyyən ediləcəyi açıq səsverməyə start verilib.

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью