Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur kahinlərin iddialarına görə, bu il yadplanetlilərlə əlaqə, texnoloji sıçrayış və tibbdə inqilabi dəyişikliklər baş verə bilər.
Sfera.az Britaniyanın “Mirror”nəşrinə istinadən xəbər verir ki, Baba Vanqa və braziliyalı Atos Salome 2025-ci ilin bəşəriyyət üçün həlledici il olacağını proqnozlaşdırıblar.
Hər iki mistik şəxs bu ilin yadplanetlilərlə təmas və insan həyatını dəyişəcək texnoloji irəliləyişlərlə yadda qalacağını bildirib.
1996-cı ildə vəfat edən bolqar kahin Baba Vanqa sağlığında böyük idman tədbiri zamanı dünya ilə yadplanetli varlıqlar arasında ilk əlaqənin qurulacağını irəli sürmüşdü.
Cari ildə keçiriləcək Qadınlar arasında Avropa çempionatının finalı, Reqbi üzrə Dünya Kuboku və Formula 1 yarışları bu ehtimalla əlaqələndirilir.
Atos Salome isə hesab edir ki, NASA-nın Ceyms Uebb teleskopu bu il yadplanetli həyatın varlığını sübut edə bilər.
O bildirib ki, ABŞ kimi ölkələr UFO sənədlərinin məxfiliyini aradan qaldırmağa başlayıb və bu, tarixi kəşfə zəmin yaradır.