2025 ci il Əlikram Bayramov üçün düşərli olmayıb

21.10.2025

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

2025-ci il müğənni Əlikram Bayramova düşərli olmayıb.

Müğənni bunun səbəbini Qaynarinfo-ya son aylarda toylarının azlığı ilə əlaqələndirib:

"Əvvəlki kimi toylar yoxdur. Müğənninin də qazancı toydan gəlir. Toy olmasa qazanc da yoxdur. Ancaq toy olandan-olana Bakıya gedib-gəlirəm. Ayda bir-iki dəfə, vəssalam”.

Əlikram Bayram rayonda yaşadığını xatırladıb:

"Biləsuvar rayon Mədəniyyət Mərkəzində işləyirəm. Bütün günü işdə oluram, çalışıram ki, mənə göstərilən etimadı doğruldam”.


Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью