Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ildə 16 mindən çox vətəndaş Məşğulluq proqramı ilə əhatə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov qurumun ötən ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2017-ci ildən indiyədək 113 minə yaxın vətəndaş Məşğulluq proqramı ilə əhatə olunub.
Proqram çərçivəsində 32 biznes ideyası üzrə zərflər təqdim edilir və 2025-ci ildə 5 yeni zərf əlavə olunub.
Abbasov bildirib ki, bu proseslər davam etdiriləcək.
"Biz səmərəliliyi artırmaq və kiçik biznesin əsaslarını möhkəmləndirmək üçün iş aparırıq",– deyə sədr əlavə edib.
Əli Hüseynov