2025 ci ildə aramızdan ayrılan tanınmış simalar SİYAHI | Icma.az
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci il Azərbaycan mədəniyyətinin yaddaşına həm də önəmli itkilər ili kimi həkk olundu.
İncəsənət, musiqi, teatr, ədəbiyyat və kino sahələrinə həyatını sərf edən bir çox dəyərli sənət adamı bu il aramızdan ayrıldı.
Onların fəaliyyəti ölkənin ictimai-mədəni həyatında silinməz iz qoyub.
“Yeni Sabah” 2025-ci ildə dünyasını dəyişən azərbaycanlı tanınmışların siyahısını təqdim edir: Azər Baxşəliyev (1985-2025) tanınmış azərbaycanlı aktyor idi, ən çox "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" və "Əzəmət" obrazları ilə məşhurlaşdı.
O, Beynəlxalq Universitetinin Ərəb regionşünaslığı fakültəsini bitirmişdi, evli idi, bir qızı var idi, lakin böyrək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəlikdən 5 yanvar 2025-ci ildə vəfat etdi.
Çimnaz Sultanova (15 yanvar 1980, Bakı – 15 yanvar 2025, Bakı) — Azərbaycan aktrisası və müğənnisi.
"Vicdan haqqı" serialında canlandırdığı Larisa obrazına görə tanınırdı. Aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.
Tam oxu
Xəbəri oxu