Icma.az, Olke.az saytına istinadən bildirir.
2025-ci il dünyanın milyarderləri üçün rekordlarla yadda qalıb. Onların ümumi sərvəti 22 dekabr tarixinə 18,7 trilyon dollara çatıb.
Ölkə.az xəbər verir ki, Forbes-in araşdırmasına görə, bütün sərvət sahibləri bu yüksəlişdən faydalana bilməyib. 2024-cü ilin sonunda mövcud olan 2 700-dən çox milyarderin təxminən dörddə biri bu il daha da kasıblaşıb. Onlardan 85 nəfəri isə artıq milyarder statusunu belə itirib.
Ən dramatik itki Fransadan olan Hermes varisi Nikolya Pueche məxsusdur. O, 2024-cü ilin sonunda 14,8 milyard dollar sərvətə malik idi. Hazırda isə milyarderlər siyahısından tamamilə çıxarılıb. Səbəb onun iddiasına görə, şəxsi məsləhətçisi Hermes səhmlərini onun xəbəri olmadan satıb. Lakin LVMH və Bernard Arnault bu iddianı rədd edir.
Ümumilikdə 2025-ci ildə 660-dan çox milyarder (və keçmiş milyarder) sərvət itkisi ilə üzləşib. Ən çox itkilər ABŞ-da qeydə alınıb - 186 nəfər. Növbəti yerdə Hindistan (109) və Çin (91) gəlir.(Valyuta.az)
Ad Sərvət 2025 (mlrd.$) İllik dəyişmə (mlrd.$) Sərvət mənbəyi Ölkə Willis Johnson 2.3 -1.0 Zədələnmiş avtomobillərin onlayn satışıları (Copart) ABŞ Joe Shoen 3.3 -1.1 U-Haul ABŞ Mark Shoen 3.9 -1.2 U-Haul ABŞ Andrew Bialecki 2.9 -1.2 Klaviyo (marketinq proqram təminatı) ABŞ Albert, James və Dorothy Chao (hər biri) 2.8 -1.3 Westlake – kimya və plastik ABŞ Joe Mansueto 5.3 -1.7 Morningstar – investisiya araşdırmaları ABŞ Thomas Hagen 5.6 -2.1 Erie Insurance ABŞ Michael Saylor 5.2 -2.4 Kriptovalyuta / MicroStrategy ABŞ Scott Farquhar 11.2 -3.6 Atlassian – proqram təminatı Avstraliya Mike Cannon-Brookes 11.6 -3.7 Atlassian – proqram təminatı Avstraliya Manuel Villar 4.8 -13.5 Daşınmaz əmlak (Vista Land) Filippin 25.12.2025