2025 ci ildə dünyada təbii qaza tələbat təxminən 1,6% artacaq

16.10.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçən il təbii qaza tələbat rekord səviyyəyə çatıb. Bu il həmin rəqəmin təxminən 1,6%, gələn il isə 1,8% artacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel Moskvada "Rusiya Enerji Həftəsi" çərçivəsində "Rossiya 24"ə eksklüziv müsahibəsində bildirib.

O deyib ki, 2 milyarddan çox insanın hələ də ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadə etmək imkanı yoxdur. Təbii qaz iqtisadiyyat, sənayeləşmə və rəqəmsallaşma üçün əhəmiyyətlidir. Mayeləşdirilmiş təbii qazdan ərzaq təhlükəsizliyinin təmin edilməsində də istifadə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью