Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
2025-ci il ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlamalar zamanı ən çox uyğunsuzluq ictimai iaşə müəssisələrində qeydə alınıb.
Bu barədə AQTA BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, ötən il ərzində ümumilikdə 4304 müəssisədə yoxlama aparılıb və onların 3739-da müxtəlif növ uyğunsuzluqlar aşkarlanıb.
Uyğunsuzluq aşkar edilən müəssisələr arasında:
59-u istehsal müəssisəsi,
143-ü ilkin istehsal müəssisəsi,
444-ü emal müəssisəsi,
1294-ü dövriyyə müəssisəsi,
1799-u isə ictimai iaşə müəssisəsi olub.
Məlumatda qeyd olunur ki, ictimai iaşə obyektləri ümumi pozuntuların ən böyük hissəsini təşkil edib.
Bununla yanaşı, idxal olunan məhsullar üzərində aparılan nəzarət tədbirləri çərçivəsində də 2025-ci ildə 787 halda uyğunsuzluq aşkarlanıb.
AQTA bildirib ki, aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və nəzarət tədbirləri davam etdirilir.
Şahanə Xankişiyeva