2025 ci ildə hücumlar zamanı 12 sülhməramlı və 9 mülki şəxs ölüb BMT hesabatı

23.01.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq mülki xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günü yaydığı hesabatda yer alıb.
Hesabatda qeyd edilir ki, buraya təşkilatın Qəzza müharibəsi zamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdən törədilən hücumların hədəfi olmayıb.
Komitənin məlumatına görə, həyatını itirən BMT işçilərindən altısı banqladeşli, beşi sudanlı, ikisi cənubi afrikalı olub. Qalanları Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan, Fələstin, Keniya və Zambiyadan olanlardır.
2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11 BMT əməkdaşının həlak olduğu bildirilir.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью